Arvadını qətlə yetirən şəxsə 10 il 6 ay cəza verildi

16:11 - 18 Oktyabr 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Mahir Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Alıyev 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu il Binəqədi rayonu ərazisində yaşayan M.Alıyev həyat yoldaşı Mehriban Alıyevanı qısqanclıq zəminində qətlə yetirib.

M.Əliyev polisə könüllü təslim olub.

M.Əlıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham olunub.trend

Xəbər xətti