Turizmlə bağlı sığorta məhsuluna tələbatı nəzərə alaraq yeni “Səyahət paketi” məhsulu yaradılmışdır. Bu məhsul ölkə daxilində səyahət edən vətəndaşlar və xaricdən gələn qonaqlar üçün nəzərdə tutulub. “Səyahət paketi” təcili baş verən halların və xəstəliklərin müalicəsinə təminat verir. Tibbi yardıma ehtiyac yaranan zaman bu məhsul ilə sığorta olunanlar ölkəmizin bölgələrində, o cümlədən paytaxtda müalicə olunmaq imkanı qazanırlar. Qiymətlər səyahət günlərinin sayına uyğun olaraq hesablanır.
“Tələbə paketi” yerli və xaricdən ölkəmizə təhsil almaq üçün gələn tələbələr üçün nəzərdə tutulub. Ali təhsil müəssisələri tələbələri üçün bu məhsulu əldə etməklə, tələbələr kiçik bir məbləğ qarşılığında gözlənilməz hadisələr zamanı tibbi yardımla təmin olunmalarına nail ola bilərlər. Bu paket üzrə 5 cür qiymət təklifi mövcuddur. Qiymətlər təminat verilən risklərin əhatəsindən asılı olaraq dəyişir.
Həmçinin, vətəndaşların çoxsaylı müraciətləri əsasında fiziki şəxslərin fərdi qaydada sığortalanması üçün “Fiziki şəxslərin sığortası” və ailələr üçün nəzərdə tutulan “Ailə paketi” adlı yeni tibbi sığorta məhsulları hazırlanıb. Hər iki məhsul üzrə bir neçə qiymət təklifi hazırlanmışdır. Qiymətlər təminat verilən risklərin əhatəsindən asılı olaraq dəyişir. Ailə və ya qrup şəklində sığorta olunan zaman sərfəli qiymətlər təklif edilir.
“AtaSığorta” ASC 100-ə yaxın klinika və apteklərlə əməkdaşlıq edir və bu siyahı günü-gündən genişlənir. Sığorta olunanlar müqavilə müddəti ərzində həmin klinikalarda müalicə olmaq imkanı əldə etmiş olurlar. Həmçinin, sığorta olunanların ailə üzvlərinə əməkdaşlıq etdiyimiz klinikalarda sığorta təminatına daxil olmayan xidmətlər üzrə 50 %-dək endirimlər tətbiq olunur.