“Azərbaycanla sanki həndbol oynayırdıq”

14:15 - 18 Oktyabr 2018 - Xəbər

21 yaşadək futbolçulardan ibarət Norveç yığmasının baş məşqçisi Leif Gunnar Smerud AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri ev oyunundan danışıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu qarşılaşmanı həndbol matçı ilə müqayisə edib: “Daim müdafiədə oturan komandaya qarşı oynadıq. Rəqibin 1-2 cəhdi oldu ki, onlardan da biri penalti ilə nəticələndi. Elə təəssürat yaranırdı ki, futbol yox, sanki həndbol oynayırıq. Çünki daim rəqibin cərimə meydançasının ətrafında olurduq, amma fərqlənə bilmirdik. Düşünürəm ki, daha çox qol vurmalı idik”.

Qeyd edək ki, Norveç - Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb.

Xəbər xətti