Qadınların çantalarından telefon oğurlayan şəxs saxlanılıb

12:49 - 18 Oktyabr 2018 - Xəbər

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə qadınların çantalarından oğurluq edən şəxs saxlanılıb.
​Daxil olmuş müraciətlər əsasında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayından oktyabrın 16-dək olan müddətdə rayon ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə ümumilikdə 12 qadının çantalarından mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Hüseynov saxlanılıb.

​Araşdırma aparılır.

Xəbər xətti