Prokuror rəfiqəsini amansızlıqla qətlə yetirən qadına cəza istəyib

12:30 - 18 Oktyabr 2018 - Xəbər

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında qadının 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Xəbər xətti