Ana səhifə
17 Noyabr 2018

Cəlilabadda uçqun altında qalan fəhlələrdən biri ölüb

Cəlilabad rayonunda fəhlə tikinti sahəsində uçulan divarın altında qalıb ölüb.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Şıxlar kəndi ərazisində baş verib. Rayonun Komanlı kənd sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Emin Cəbrayıl oğlu 1995-ci il təvəllüdlü Əbilov Ruslan Xosrov oğlu ilə birlikdə Şıxlar kəndində Quliyeva Sevil Mansur qızına məxsus həyətyanı sahədə yarımçıq tikilini sökərkən divar onların üzərinə aşıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, E.İsmayılov xəstəxanada ölüb.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
18 Oktyabr 2018 [11:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin