MTRŞ ARB TV-dəki verilişə münasibət bildirib

11:05 - 18 Oktyabr 2018 - Xəbər

Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB TV-də yayımlanan “Canım sizə desin” adlı proqramının ötəngünkü buraxılışında aparıcının qonaqla bayağı davranması mövzusuna münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında bildirib ki, verilişdə konkret qanun pozuntusu olmayıb: “Bununla belə, əlbəttə, verilişdə aparıcılar da, iştirakçılar da bayağı hərəkətlərdən qaçmalıdırlar”.

Qeyd edək ki, verilişin aparıcısı əməkdar artist Mehriban Xanlarovanın verilişin qonağı “Azəri Vandam” kimi tanınan şəxsə qarşı hərəkətləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. 

Xəbər xətti