Ana səhifə
20 Noyabr 2018

Mehriban Xanlarovadan onu qınayanlara cavab: "Monitor arxasında kişilənməsinlər"

ARB TV-də yayımlanan "Canım sizə desin” verilişinin qonağı bu dəfə "Vandam” ləqəbi ilə tanınan zaqatalalı Ruslan İsmayılov olub. Aparıcı Mehriban Xanlarova "Vandam”dan onu öpməsini istəyib. Gənc utanaraq əməkdar artisti öpüb.

Verilişdə qonaq olan Vandamın bu kimi hərəkətləri, onun verilişə dəvət olunması sosial şəbəkələrdə tənqid olunub. Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən "Canım sizə desin” verilişinin aparıcısı Mehriban Xanlarova onu qınayanların paxıllıqdan bu addımı atdıqlarını bildirib:
"Monitor arxasında qadınlar cürətlənməsin, kişilər də kişilənməsin. Sözləri varsa, gəlib üzümə desinlər, boş-boş danışmasınlar. "Vandam" haqqında xəstə yazırlar, əslində xəstə onların gözləridir. Xəstə deyil, ağlı başında, şüuru özündə olan, namaz qılan insandır. O da belə populyar olmaq istəyir, əcəb eləyir. Kimə nə? Ağızlarına gələni yazmasınlar. Cəsarəti olan kişilər sözlərini üzümə desinlər, monitor arxasında gizlənib boş sözlər yazmasınlar."

Tarix
18 Oktyabr 2018 [10:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin