Qubada yük maşını dərəyə aşdı, sürücü öldü

21:37 - 17 Oktyabr 2018 - HADİSƏ

Quba rayonu Təngə meşələrində yük avtomobili dərəyə aşıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Təngəaltı kənd sakini Xalid Abidov yük avtomobili ilə dağlıq relyefli meşədən odun daşıyırmış. Avtomobilin dərəyə aşması nəticəsində sürücü hadisə yerində ölüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə Qrupunun canlı qüvvəsi və texnikası cəlb edilib. 

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti