Ana səhifə
15 Noyabr 2018

Prezident İlham Əliyev AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarını artırıb

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilsin.
“Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 01 iyul tarixli 967 nömrəli sərəncamının 2-ci hissəsi ləğv edilir.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Tarix
17 Oktyabr 2018 [19:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin