ABŞ Prezidentinin müşavirinin Azərbaycana səfər tarixi məlum olub

16:57 - 17 Oktyabr 2018 - SİYASƏT

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana səfərə oktyabrın 24-də gələcək.

Amerikalı qonaq bir sıra rəsmi şəxslərlə görüşüb regional məsələləri müzakirə edəcək.
Xatırladaq ki, daha əvvəl C.Bolton "Twitter" səhifəsində 20 oktyabr tarixində bir çox təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-ın mənafelərini inkişaf etdirmək üçün Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gedəcəyini bildirmişdi.report

Xəbər xətti