Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan ölüb

16:44 - 17 Oktyabr 2018 - HADİSƏ

Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Güllük kəndi ərazisində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Elşad Ələkbər oğlu Mirzəyev ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.

O, qoz yığan zaman ehtiyatsızlıqdan hündür ağacdan yıxılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti