Krımda texnikum binasında partlayış: 10 ölü, 50-yə yaxın yaralı var

15:08 - 17 Oktyabr 2018 - Xəbər

Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb.

Hadisə yerinə tibb işçiləri və xilasedicilər cəlb olunublar. Rusiya Milli Terrorçuluqla Mübarizə Komitəsindən verilən məlumata görə, texnikum binasındakı hadisə partladıcı qurğunun işə salınmasının nəticəsidir.report

Xəbər xətti