"Titli" qasırğası Hindistanı dağıtdı - Ölənlər var

19:37 - 16 Oktyabr 2018 - DÜNYA

Hindistanda tüğyan edən "Titli" qasırğası ciddi fəsadlara yol açıb. Güclü leysan yağışları ilə müşayiət olunan küləkli hava Oriss ştatında 16 nəfərin ölümünə səbəb olub.

Qacapati mahalında isə yağışlar nəticəsində baş vermiş sürüşmə 18 nəfərin həyatına son qoyub. Küləyin gücünün saatda 140 km çatdığı bildirilir.
Qasırğa səbəbindən həmin ştatda dərslərin təxirə salındığı bildirilir. Eləcə də təhlükəli ərazilərdən təxminən 300 min sakin təxliyə edilib.

Xəbər xətti