Ana səhifə
17 Noyabr 2018

Arif Paşayev: "Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub"

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub.

Bunu “CanSat Azerbaijan” müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir zamanı Milli Aviasiya Akademiyasının rektoru, Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev deyib. Qonaqları salamlayan A.Paşayev müsabiqə barədə danışaraq qeyd edib ki, bu müsabiqənin keçirilməsi fikri Təhsil Nazirliyi və “Azərkosmos” ASC-yə aiddir:

“CanSat Azerbaijan” müsabiqəsində ölkənin 11 universitetindən 200-ə yaxın tələbə iştirak edib. Onlardan 66 nəfəri müsabiqənin finalçısı olub. Bu müsabiqədə uduzan yoxdur, çünki iştirakçılar həm mühəndis, həm də proqramçı kimi böyük təcrübə qazanıblar. Mən bütün finalçılara yeni qələbələr arzu edirəm”.

A.Paşayevin sözlərinə görə, müsabiqənin keçirilməsində münsiflər heyətinin böyük əməyi var. Bu heyətə ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev rəhbərlik edib.

Tədbir zamanı R.Saqdeyev “CanSat Azerbaijan” müsabiqəsinin Azərbaycanın orta tədris müəssisələri arasında da keçirilməsini təklif edib:

“Bir neçə il əvvəl Azərbaycan Milli Aviasiya Akademiyasından olan komandalar “CanSat” müsabiqəsi ilə tanış oldular. Bu müsabiqədə, həmçinin ADA Universitetinin tələbələri iştirak etdilər və qeyd etmək lazımdır ki, Bakıdan olan komandalar layiqincə çıxış etdilər. Bundan sonra “Azərkosmos” ASC-nin təşəbbüsü ilə bu fikir Azərbaycanda reallaşdırıldı”.

O xatırladıb ki, 61 il əvvəl ilk peyk buraxılıb və elə o zaman mühəndislər fikirləşib ki, bu prosesi müşahidə etmək üçün geniş kütlə cəlb olunması arzuolunandır:

“Bütün dünyada radio həvəskarları bu peykdən siqnallar almağa başladı. Bu ənənə davam edir. Sonra kosmik proqramın inkişafı ilə çoxlu həvəskarlar meydana çıxdı. NASA mütəxəssisləri ABŞ tələbələri üçün xüsusi müsabiqələr keçirmək qərarına gəldi, bir müddət sonra isə digər ölkələrdən tələbələr dəvət edildi. Müsabiqə “CanSat” adını aldı”.

R.Saqdeyev əlavə edib ki, müsabiqə böyük populyarlıq qazandı və bir müddət sonra Rusiyada təşkil olundu:

“Azərbaycanda “CanSat” müsabiqəsində komandalar mikropeyk dizaynı fikirləşməli və onu maket şəklində hazırlayıb münsiflərə nümayiş etdirməli idi. Birinci mərhələnin yekununda 10 komanda dəvət olundu. Mikropeyklərin buraxılışı sentyabrda keçirildi. Havanın küləkli olmasına baxmayaraq, yarış uğurla keçdi. Bu müsabiqədə uduzan yoxdur. Əminəm ki, bu yaradıcı müsabiqə ənənəyə çevriləcək və iştirakçıların sayı çoxalacaq”.trend

Tarix
16 Oktyabr 2018 [16:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin