Nazirliklərin avtomobilləri satışa çıxarıldı - QİYMƏTLƏR

Nazirlik və Komitələrə məxsus avtomobil parkının azaldılması prosesi davam edir. 

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsus KAMAZ-55111 markalı avtomobillərin qiyməti 3 min 150 manatdan başlayır.  

Hərraca Energetika Nazirliyinə məxsus, 2007-ci il buraxılışlı “Ford Fokus” avtomobili də çıxarılıb. Maşının start qiyməti 6 min manatdan başlayır. 2002-ci il buraxılışlı “Hyundai” markalı avtomobil isə 5 min manata təklif edilir. VAZ-21 markalı avtomobillərin start qiyməti isə 2 min manata qoyulub.

Qeyd edək ki, hərraclar 6 və 13 noyabr tarixlərində keçiriləcək və sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunur. Hərracın keçirilməsinə ən azı üç bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN);

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd;

10 faiz məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir. 

Tarix
16 Oktyabr 2018 [15:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin