Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı Açıqlama

13:33 - 16 Oktyabr 2018 - Xəbər

Bakı Şəhər İcra Hakimiyyəti Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı açıqlama verib

Bakı Şəhər İcra Hakimiyyətindən ucnoqta.az-a verilən məlumata görə, Badamdar qəsəbəsi, Badamdar şossesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir. Tikildikdən sonra bu tikililər vətəndaşlar tərəfindən rəsmiləşdirilib.

Lakin yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşafı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır.
Məlumat üçün bildiririk ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi vardır. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki 2 obyektin fəaliyyəti dayandırılıb. 

Xəbər xətti