Oqtay Əsədov şəhid ailələri ilə bağlı göstəriş verdi

13:17 - 16 Oktyabr 2018 - Xəbər

Milli Məclisin sədri Oqtay Əsədov müavinət ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verib.

 O.Əsədov bildirib ki, Milli Məclis bu məsələ ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirib, iclas keçirilib, müraciət olunub. Spiker qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır:
“Tövsiyə edirəm ki, Milli Məclisin İnsan hüquqları komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və “Azərsığorta”nın əməkdaşlarını parlamentə dəvət etsin, məsələ müzakirə olunsun”.trend

Xəbər xətti