Ağsu da zəlzələ oldu

11:16 - 16 Oktyabr 2018 - Xəbər

Qobustan stansiyasından 26 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 08:27:57-də baş vermiş yeraltı təkanların gücü 3,4 bal təşkil edib. Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 04:27:58-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Baş vermiş yeraltı təkanların gücü 3,3 bal təşkil edib.

Xəbər xətti