Ana səhifə
21 Noyabr 2018

San Fransisko şəhəri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edib

ABŞ-ın San Fransisko şəhəri və vilayətinin Nəzarətçilər Şurası 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edib.

Sənəd Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilib.  Nəzarətçilər Şurasının bütün üzvlərinin imzaladığı bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və regionda demokratiyanın yayılması və inkişafına önəmli töhfələr verərək böyük nailiyyətlərə imza atdığı vurğulanıb.

Daha sonra sənəddə San Fransisko sakinləri və Nəzarətçilər Şurası adından Azərbaycan Respublikasının Müstəqillik Günü təbrik edilib.

Qeyd edək ki, ABŞ-ın və Kaliforniyanın ən böyük şəhərlərindən olan San Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət, təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən sıx məskunlaşdığı ikinci böyük şəhərdir. report

Tarix
16 Oktyabr 2018 [10:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin