Şəmkirdən Tovuza qonaq gedən 38 yaşlı qadın ağacdan yıxıldı

21:45 - 15 Oktyabr 2018 - HADİSƏ

Tovuzda qadın ağacdan yıxılıb.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, Şəmkir rayonundan Tovuza qonaq gələn 1980-ci il təvəllüdlü Mirzəyeva Aygün Cavad qızı qonaq gəldiyi evin həyətində meyvə yığmaq üçün ağaca çıxıb. Qadın ehtiyatsızlıqdan ağacdan yıxılaraq ağır xəsarət alıb.

Yaralı Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəbər xətti