İnam Kərimov Masallıda görüş keçirəcək

19:24 - 15 Oktyabr 2018 - Xəbər

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 19 oktyabr 2018-ci il tarixində, saat 11:00-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.  

Ucnoqta.az xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-12-12) müraciət edə bilərlər. 
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected])  vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Xəbər xətti