Badamdarda sürüşmə sahəsindəki ərazidə gərginlik davam edir

15:35 - 15 Oktyabr 2018 - Xəbər

Badamdarda sürüşmə kütləsi üzərində dəyişikliklər qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, nazirlik tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub.
Ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissəsində uçqun töküntü prosesi qeydə alınıb.

Xəbər xətti