Ana səhifə
21 Noyabr 2018

“CinemaPlus”da “Qış nağılı” filmində rol almış türk məşhurlarının görüşü

 Oktyabrın 12-də “CinemaPlus Gənclik Mall” kinoteatrında məşhur türk müğənnisi Xəlil Sezai və aktrisa Muqe Boz, həmçinin, “Qış Nağılı” filmində oynamış azərbaycanlı müğənni və aktyorların iştirakı ilə mətbuat konfransı keçirilmişdir.   

“Qış nağılı” filmi Cinemazadeh şirkətinin 2018-ci ildə ən böyük layihəsidir. Filmin baş prodüseri, ideya müəllifi və quruluşçu-rejissoru Cəfər Axundzadədir. Ssenarini Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə yazmışdır. Quruluşçu-operator Rauf Qurbanəliyev və Orxan Məmmədov, səs rejissoru – Orxan Ağalarov, quruluşçu-rəssam – Zaur Abdullayev, geyimlər üzrə rəssam – Mehriban Əfəndi, qrim üzrə rəssam – Aytən Hüseynzadə, ikinci rejissor – Vüsal Hacıqədir, Post-prodakşn supervayzer – Vüqar İslamzadə, vizual effektlər üzrə dizayner – Rəşad Əfəndiyev. Müsiqili direktor – Aynur Axundzadə, saundtrekin bəstəkarı Elvin Novruzov (L`veen),  icraçı prodüsser – Emil Davudzadə, marketinq direktor – Zaur Darabzadə. 

Filmdə çoxlu sayda məşhurlar iştirak etmişdir. Demək olar ki, filmdə baş qəhrəman yoxdur.  

Qeyd edək ki, film Yeni il gecəsi bir oteldə baş verən bir neçə hekayədən ibarətdir. Qəhrəmanlar da həmin hekayələr üzrə qruplaşıb. Neçə ildir nişanlana bilməyən, nəhayət, Yeni il günü nişan etmək istəyən cütlüyün hekayəsinin qəhrəmanlarını Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Asya Abdullayeva canlandırır. Nişanda iştirak etmək üçün otelə gələn dostlar hekayəsinin baş qəhrəmanları isə Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndiyeva, Dilarə Kazımovadır. Ailəsinə öz hesabına böyük otel otağı kirayə götürən imkanlı şəxslə, radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsində baş qəhrəmanların rolunda Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov və Şəlalə Şahvələdqızı çıxış edir. Sevgilisinə özünü sübut etmək istəyən gəncin hekayəsində qəhrəmanları isə İslam Mehrəliyev, Kəmalə Piriyeva, Nofəl Şahmaroğlu və Ceyhun Zeynalovdur. Yeni il şousu üçün isə otelə Türkiyədən tanınmış müğənni Halil Sezai və aktrisa Müge Boz dəvət olunub. Otelin heyətini Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir canlandırır. Həmçin İlkin Həsəni, Tural Əsədov kimi ulduzlar rol alıb.

Tarix
15 Oktyabr 2018 [12:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin