Hacıqabulda Belarus vətəndaşının meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

11:01 - 15 Oktyabr 2018 - Xəbər

Hacıqabul rayonunda Belarus vətəndaşının meyiti idarə etdiyi avtomobildə aşkar edilib

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, rayonun Muğan qəsəbəsi ərazisində Belarus vətəndaşı, 1983-cü il təvəllüdlü Saqayduk Dmitri Valeriyeviçin TIR tipli yük avtomobilində meyiti aşkarlanıb. Belə ki, “DAF” markalı AM 6438-1 dövlət nömrə nişanlı avtomobilin dünəndən yol kənarında dayandığını görən ətrafdakılar sürcünün öldüyünü aşkar ediblər və bu barədə polisə məlumat verilib. Sürücünün meyiti müayinə olunmaq üçün Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib. Onun hansı səbəbdən öldüyü tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti