Azərbaycan millisi Maltayla bacarmadı

21:56 - 14 Oktyabr 2018 - İDMAN

Bu gün Millətlər Liqasında IV tura start verilib. D liqasında mübarizə aparan Azərbaycan millisi növbəti oyununa çıxıb.

III qrupda çıxış edən komandamız Malta ilə üz-üzə gəlib. Bu matçadək hesabındakı 5 xalla 2-ci pillədə qərarlaşan Qurban Qurbanovun yetirmələri meydana qələbə istəyi ilə çıxıb.

Təşəbbüsü ələ alan və üstün futbol nümayiş etdirən komandamız yaratdığı qol imkanlarının çoxunu boşa verib. Nəticədə ilk yarının sonlarında hesabı qonaqlar açıb.

Millimiz fasilədən az sonra Araz Abdullayevin qolu ilə hesabda tarazlıq yaradıb. Hesab bərabərləşdikdən sonra da yığmamız ardıcıl hücumlar təşkil etsə də, qələbə qolunu vura bilməyib – 1:1.

UEFA Millətlər Liqası

D liqası, III qrup
14 oktyabr

Azərbaycan – Malta - 1:1

Qollar: Araz Abdullayev, 53 - Rouen Muskat, 37 

Xəbər xətti