Millətlər Liqası: Azərbaycan millisi növbəti oyununa çıxır

18:22 - 14 Oktyabr 2018 - İDMAN

UEFA Millətlər Liqasında qrup mərhələsinin IV turuna start verilir.  Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Komandamız D liqasının III qrupunda Malta ilə üz-üzə gələcək. İki gün əvvəl Farer adaları ilə səfərdə qarşılaşan Qurban Qurbanovun yetirmələri budəfəki rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Qrupdakı ilk iki sınağında heç-heçəyə razılaşan yığmamız Farer adalarını səfərdə böyük hesabla (3:0) məğlub edərək, vəziyyəti düzəldib. Komandamız lider Kosovo ilə aradakı xal fərqinin daha da artmaması üçün doğma azarkeşləri önündə autsayderdən mütləq 3 xal almalıdı.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Millətlər Liqası
D liqası, 3-cü qrup, III tur

14 oktyabr

20:00. Azərbaycan - Malta
Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki
Bakı Olimpiya Stadionu

20:00. Farer adaları - Kosovo
matc.az

Xəbər xətti