Türkiyədə mühacirləri aparan avtomobil dərəyə aşıb: 19 ölü, 5 yaralı

11:58 - 14 Oktyabr 2018 - DÜNYA

Türkiyənin İzmir vilayətində qeyri-qanuni mühacirləri Yunanıstanın Samos adasına aparan yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşıb.

Qəza nəticəsində 19 mühacir ölüb, sürücü də daxil olmaqla 5 nəfər yaralanıb. Hadisə yerinə çoxlu təcili yardım briqadaları və polislər cəlb edilib.
Qeyd olunur ki, qəzada ölənlər arasında qadın və uşaqlar da var.

Faktla bağlı araşdırma aparılır.qafqazinfo


Xəbər xətti