Hacıqabulda iki yük avtomobili toqquşub

11:01 - 14 Oktyabr 2018 - HADİSƏ

 Hacıqabul rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 110-cu km-də, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. Yolun kənarında dayanan mişar daşı ilə yüklənmiş “KamAZ” markalı avtomobilə hərəkətdə olan “Shacman” markalı avtomobil çırpılıb. Nəticədə “Shacman”da sıxılıb qalmış sürücü - 1984-cü il təvəllüdlü Qobustan sakini Güləliyev Uluxan Vəzir oğlu FHN-in Hacıqabul Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlığın köməkliyi ilə çıxarılıb. Yaralı sürcü Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

Xəbər xətti