Ana səhifə
21 Noyabr 2018

Şabranda gənc oğlan gənc oğlan ehtiyatsızlıqdan özünü güllələyib

Şabran rayonunda ov etmək istəyən gənc oğlan ehtiyatsızlıqdan özünü güllələyib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun 2000-ci il təvəllüdlü Zeyvə kənd sakini Mahir Şıxəliyev tüfəngdən atəş açarkən güllə naməlum səbəbdən onun baş nahiyəsinə dəyib. Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.Şıxəliyev bir müddətdən sonra orada dünyasını dəyişib.
Xəstəxanadan verilən məlumata görə, meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Tarix
13 Oktyabr 2018 [20:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin