Salyanda avtomobil kanala düşüb: xəsarət alanlar var

17:35 - 13 Oktyabr 2018 - HADİSƏ

 Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb. Belə ki, idarəetməni itirən UAZ markalı avtomobilin yolun yaxınlığındakı kanala düşməsi nəticəsində maşında olan 1966-cı il təvəllüdlü Həsənov Mübariz İlyas oğlu, 1994-cü il təvəllüdlü Teymurzadə Teymur Mehman oğlu və 1980-ci il təvəllüdlü Qasımov Ramin Cəlal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti