Ana səhifə
21 Noyabr 2018

Nazirlik: Sürüşmə sahəsində aktivlik davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdarda baş verən sürüşmə ilə bağlı rəsmi məlumat yayıb.

ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən Badamdar sürüşmə sahəsində bu il oktyabrın 1-də növbəti monitorinq aparılıb. Monitorinq zamanı sürüşmə kütləsinin üzərində yeni çatların, qırılmaların, gölməçələrin və inşa edilmiş istinad divarında deformasiyaların əmələ gəldiyi müşahidə edilib. Sürüşmə sahəsinin aktivləşməsi barədə Nazirlər Kabinetinə və aidiyyəti icra strukturlarına məlumat verilib və Nazirliyin mütəxəssisləri tərəfindən ərazidə növbətçilik təşkil olunaraq mütəmadi müşahidələr aparılıb.
Oktyabrın 12-də sözügedən sürüşmə sahəsində yenidən aktivləşmə qeydə alınıb və istinad divarının 1,0-1,3 metr aşağıya doğru hərəkət etdiyi məlum olub.

Sürüşmə sahəsindəki gərginlik nəzərə alınaraq ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında Qərargah yaradılıb.

Qərərgahdan verilən məlumata görə, oktyabrın 13-də saat 07:50 radələrində sürüşmə kütləsi hərəkətə gələrək avtomobil yoluna tökülüb. Saat 09:00-da isə istinad divarı 5-7 metr aşağıya doğru hərəkət edib.

Hazırda sürüşmə sahəsində aktivlik davam edir. Qərargah tərəfindən yaradılmış növbətçılık əsasında mütəmadi müşahidələr aparılır.

Tarix
13 Oktyabr 2018 [17:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin