Bakıda sərnişin avtobusu qəza törədib: bir nəfər ölüb

14:28 - 13 Oktyabr 2018 - HADİSƏ

Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi MAN markalı yük avtomobilinə vurub. Nəticədə MAN markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.


 

Xəbər xətti