Salyanda avtomobil piyadanı vurub

21:50 - 12 Oktyabr 2018 - HADİSƏ

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Rasim Allahşükür oğlu Yusifovu yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Yusifov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti