Ana səhifə
22 Oktyabr 2018

İxracatçılar Klubunun növbəti iclası keçirilib

Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək

Bakı Biznes Mərkəzində İxracatçılar Klubunun növbəti iclası keçirilib. İqtisadiyyat Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə bu ilin noyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək “Çin Beynəlxalq İdxal Sərgisi” və “Prowine China” beynəlxalq şərab sərgisində iştirak edəcək şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb.

İxracatçılar klubunun icraçı direktoru Zöhrab Qədirov “Made in Azerbaijan” brendinin xarci ölkələrdə təşviqi istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb, yerli məhsulların xarici bazarlarda tanıdılması və ixracının artırılması məqsədilə xarici ölkələrdə təşkil olunan sərgi və digər tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan istehsalı olan məhsullar xarici bazarlarda, xüsusilə Çin bazarında böyük maraqla qarşılanır. Məhz bu səbəbdən yerli məhsulların Çində təşkil edilən sərgilərdə təqdim olunması əhəmiyyətlidir.

Tədbirdə Şanxayda keçiriləcək “Çin Beynəlxalq İdxal Sərgisi”ndə və “Prowine China” sərgisində yerli məhsulların nümayiş olunacağı “Made in Azerbaijan” vahid ölkə stendlərinə dair təqdimat keçirilib, sahibkarların təklifləri dinlənilib.

Tarix
12 Oktyabr 2018 [20:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin