Ana səhifə
14 Dekabr 2018

Vergilər naziri iki rayonda vətəndaş qəbulu keçirəcək

 Oktyabrın 15-də vergilər naziri Mikayıl Cabbarov Beyləqanda bu regiondan olan vətəndaşları qəbul edəcək. 

 Vergilər Nazirliyindən verilən məlumata görə, qəbulda Beyləqan, Ağcabədi, İmişli, Ağdam, Füzuli, Cəbrayıl, Laçın və Xocavənd rayon sakinləri iştirak edə bilər. Qəbul Beyləqan şəhəri, SMD-42 qəsəbəsində yerləşən 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar bu gün və sabah adı çəkilən idarəyə, eləcə də İmişli rayonundakı vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Oktyabrın 16-da isə nazir Gəncə şəhərinin, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Şəmkir rayonundakı 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.

Tarix
12 Oktyabr 2018 [18:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin