Ana səhifə
11 Dekabr 2018

Milli Məclis rusiyalı deputatın Qarabağa qanunsuz səfəri ilə bağlı Dövlət Dumasına müraciət hazırlayıb

"Milli Məclis deputatlarının oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu tərəfindən həm Rusiya Dövlət Dumasının sədrinə, həm də digər komitələrə səsləndirilən kəskin arqumentlərlə birlikdə müraciət hazırlanıb.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib. Ə.Hüseynli qeyd edib ki, bu müraciəti həm o, həm də Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin imzalayacaq:

“Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitə sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi”.

Tarix
12 Oktyabr 2018 [12:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin