ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edilib

10:41 - 12 Oktyabr 2018 - DÜNYA

ABŞ-ın şimal-qərbində yerləşən Vaşinqton ştatının Ali Məhkəməsi əyalətdə ölüm hökmünün ləğv olunması haqqında qərar qəbul edib.

Ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənib. 2014-cü ildə ştatda ölüm hökmünün icrasına moratorium qoyulmuşdu.

Qeyd edək ki, ABŞ-ın 50 ştatından 30-da ölüm hökmü hələ də qüvvədədir. report

Xəbər xətti