Ana səhifə
22 Oktyabr 2018

Kaliforniyadakı prospektin Arsax adlandırılması ilə baglı petisiya hazırlanıb

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları ABŞ-ın Kaliforniya Ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılmasına etiraz edirlər. Bununla bağlı, artıq diaspor təşkilatlarının etiraz məktubları yayılmaqdadır.

Ucnoqta.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, etirazlarda bildirilir ki, Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır: "Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoymasına çağırışla bağlı, BMT başda olmaqla, müxtəlif beynəlxalq təşkilatların dəfələrlə qətnamə, bəyanat və s. qəbul etməsinə baxmayaraq, Kaliforniya ştatında belə bir addımın atılması ciddi təəssüf doğurur. Özünü demokratiyanın beşiyi adlandıran, BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 822, 853, 874, 884 saylı qətnamələrin lehinə səs verən, ATƏT-in Minsk qrupunun həmsədri də olan bir ölkədə prospektin Arsax adlandırılması, ikili standartların nümunəsidir və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdidir.

Bu haqsızlığın bərpası, işğalçıya dəstək cəhdinin qarşısının alınması məqsədilə müvafiq etiraz kampaniyasına başlanılıb və bununla bağlı petisiya hazırlanıb. Bütün soydaşlarımızın etiraz aksiyasına qoşulması, aşağıda göstərilən linkə daxil olaraq, petisiyaya imza atması və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdinin qarşısının alınmasında iştirakı zəruridir.

Tarix
12 Oktyabr 2018 [10:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin