Ana səhifə
11 Dekabr 2018

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək

İclasın gündəliyinə 54 məsələ daxildir

Bu gün  Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, iclasın gündəliyinə 54 məsələ daxildir.
İclasda gündəliyə daxil olan "Normativ hüquqi aktlar haqqında", "Kiçik sahibkarlığa dövlət köməyi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Rəsmi statistika haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə", "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında", "Torpaq bazarı haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Təhsil haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Teatr və teatr fəaliyyəti haqqında", "İpoteka haqqında", "Lotereyalar haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" və s. qanunlara, o cümlədən Cəzaların İcrası, Cinayət, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələrinə baxılacaq. Dəyişikliklərin əksəriyyəti texniki və uyğunlaşdırma xarakterlidir.

İclasda yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi də müzakirə olunacaq.

Tarix
12 Oktyabr 2018 [10:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin