Ana səhifə
22 Oktyabr 2018

Azərbaycan millisi Millətlər Liqasında ilk qələbəsini qazandı

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.

 D liqasının 3-cü qrupunda yer alan millimiz də növbəti görüşünü keçirib. Qurban Qurbanovun komandası səfərdə Farer adaları yığmasının qonağı olub. Qrupda keçirdiyi ilk 2 oyunda heç-heçə edən yığmamız ilk qələbəsini qazanıb. Oyunda Riçard Almeyda (2), Dmitri Nazarov fərqlənib. Oyun Azərbaycan millisinin 0:3 qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Torşavn şəhərindəki “Torsvullur” stadionunda keçirilən oyun Bakı vaxtı ilə 22:45-də başlayıb. Qrupun digər matçında isə lider Kosovo autsayder Maltanı qəbul edir. Həmin görüş də eyni saatda start götürüb.

UEFA Millətlər Liqası
D liqası, 3-cü qrup, II tur

11 oktyabr

22:45. Farer adaları – Azərbaycan - 0:3 (İkinci hissə)
Qollar: Riçard Almeyda 28, Dmitri Nazarov, 68, Riçard Almeyda, 86-pen
AHakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko (Rusiya)
Torşavn, “Torsvullur” stadionu

22:45. Kosovo - Malta - 3:1 (İkinci hissə)
Qollar: Kololi, 30 (1:0), Aqius, 51 (1:1), Muriqi, 68 (2:1), Kololi, 81 (3:1)qol.az

Tarix
12 Oktyabr 2018 [00:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin