Zaqatalada qoca qadın intihar edib

22:24 - 11 Oktyabr 2018 - HADİSƏ

Zaqatala rayonunda qoca qadın intihar edib.

Hadisə bu gün axşam saatlarında rayonun Aşağı Tala kəndində baş verib. Belə ki, kənd sakini, təxminən, 75-80 yaş arası Şöhrət Hacımusa qızı Qaracayevanın meyiti yaşadığı evin həyətyanı sahəsində xurma ağacından asılı vəziyyətdə tapılıb.
Araşdırma zamanı Ş.Qaracayevanın intihar etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son həftə ərzində bu, Zaqatalada ikinci intihar hadisəsidir.report

Xəbər xətti