Tramp yenidən prezident seçilmək niyyətini təsdiqləyib

22:01 - 11 Oktyabr 2018 - DÜNYA

O, potensial rəqiblərinə skeptik yanaşıb

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə ikinci prezidentlik müddəti üçün seçkilərə qatılmaq planlarını təsdiqləyib.O, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
Öz növbəsində, telekanalın aparıcısı D.Trampa növbəti prezident seçkilərində Demokratlar Partiyasında olan mümkün rəqiblərinin - senatorlar Berni Sanders, Kori Buker, Kamala Harris, Elizabet Uorren, ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden və ABŞ-ın keçmiş dövlət katibi Con Kerrinin adlarını sadalayıb.

D.Tramp isə potensial rəqiblərinə skeptik yanaşıb.
"İndi onları bəyənirəm. Ümid edirəm ki, onların hamısı sağlam olacaq və sona qədər gedib çatacaqlar. Sadəcə, ümid edirəm ki, hansısa ulduz və ya görkəmli mütəfəkkir ortaya çıxmayacaq", - deyə D.Tramp potensial rəqiblərindən ən çox kimdən qorxması ilə bağlı suala cavabda bildirib.

Xəbər xətti