Ana səhifə
12 Dekabr 2018

Azərbaycan millisinin baş məşqçisi istefa verib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat xidmətindən məlumat verilib. 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.

O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək.

F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.

Qeyd edək ki, bu gün Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. II mərhələdə F qrupunda sonuncu yeri tutan yığma növbəti raunda vəsiqə qazana bilməyib.

Tarix
11 Oktyabr 2018 [21:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin