Ana səhifə
22 Oktyabr 2018

Suraxanıda yaşayış evinin altından neft çıxdı

Suraxanı rayonundakı evlərdən birində neft sızması aşkar edilib. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Suraxanı Oil" Əməliyyat Şirkətindən bildirilib. Qeyd olunub ki, sakinlərin müraciəti əsasında hadisə yerinə baxış keçirilib: "Məlum olub ki, evin altında az miqdarda neft sızması müşahidə olunur. Neft sızması aşkarlanan fərdi ev neft buruqlarından kənarda yerləşir. Müşahidələr zamanı məlum olub ki, evin altından bir müddət neft sızması baş versə də, sonradan bu, adi su axması ilə əvəz olunub. Artıq "Ekol Mühəndislik Xidmətləri" QSC-nin mühəndisləri hadisə yerinə cəlb edilib, ərazidən nümunələr götürülərək analizə göndərilib". Araşdırmalar davam etdirilir.
Tarix
11 Oktyabr 2018 [21:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin