Ana səhifə
22 Oktyabr 2018

Azərbaycan Qətərə ixracı artırır

 Azərbaycan məhsulları oktyabrın 8-10-da Qətərin paytaxtı Dohada keçirilmiş “Birinci Beynəlxalq Məhsullar” sərgisində təqdim olunub. 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, 18 Azərbaycan şirkətinin məhsullarının nümayiş olunduğu stendlər xarici şirkətlərin və ziyarətçilərin böyük marağına səbəb olub, ərzaq məhsulları və boya ixracına dair razılaşmalar əldə olunub. Azərbaycanın dizayn şirkətlərindən biri isə Qətər şirkətlərinin inzibati binalarında və şəxsi mənzillərdə dizayn xidmətlərinin həyata keçirilməsinə dair sifarişlər alıb. Qətər dövlətinin Memarlar İttifaqı şirkətə üzvlük təklif edib. 

Qeyd edək ki, qida, toxuculuq, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri “Birinci Beynəlxalq məhsullar” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Qətərdəki səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə fərdi qaydada iştirak edib.

Tarix
11 Oktyabr 2018 [19:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin