Ana səhifə
25 Sentyabr 2018

"Simurq" "Dinamo" ilə yoldaşlıq oyunu keçirəcək

"Simurq" Azərbaycan Premyer Liqasının növbəti turuna hazırlıqları davam etdirir.

 

Ucnoqta.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, üç günlük istirahətdən sonra oktyabrın 6-da Zaqatalada bir araya gələn "sarı-qaralar" gündə iki dəfə olmaqla məşqə çıxır.

 

Yalnız millinin düşərgəsində olan İlkin Qırtımov, Vadim Abdullayev və Vüqar Mustafayev hazırlıqlarda iştirak etmir. Uzun müddətdir zədə səbəbindən komandadan ayrı qalan Murad Səttarlı isə artıq tam sağalaraq məşqlərə başlayıb.

 

Milli komandanın seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən Zaqatala təmsilçisi iki günlük Gürcüstana yollanacaq. Qonşu ölkənin paytaxtında sabah növbəti məşqinə çıxacaq Georgi Çixradzenin futbolçuları oktyabrın 11-də Bakı vaxtı ilə saat 17:00-da Tiflis "Dinamo"su ilə yoldaşlıq görüşü keçirəcək. Bundan sonra Zaqatalaya qayıtmağı planlaşdıran "Simurq", bir günlük istirahətdən sonra isə yenidən çalışmaları davam etdirəcək.

 

Qeyd edək ki, "Simurq" Azərbaycan Premyer Liqasının 8-ci turunda "İnter"lə qarşılaşacaq.

Tarix
10 Oktyabr 2014 [12:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin