Ana səhifə
10 Dekabr 2018

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddələrin keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Ucnoqta.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həmzəyev Seymur Bəyverdi oğluna qardaşı Fizuli rayon sakini Behbudov Yasin Müslüm oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki ədəd ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,915 qram olan 383 ədəd güclü təsiredici “Metandienon” həbi və 2 ədəd “Sustanon” adlı şüşə qabda 0,25 qram testesteron efiri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
11 Oktyabr 2018 [14:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin