Ana səhifə
20 Oktyabr 2018

Qeyri-formal məşğulluğun qarşısının alınması mövzusunda seminar keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərin iştirakı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusunda seminar keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İctimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, seminarda qeyri-formal məşğulluğun qarşısının alınması üçün yerli icra hakimiyyəti orqanları yanında məşğulluğa kömək üzrə əlaqələndirmə komitələrinin işinin səmərəli təşkil edilməsi və komitələrin dövlət qurumları ilə əməkdaşlığı barədə müzakirələr aparılıb. Qeyri - rəsmi məşğulluğa dair hesabat formalarının tətbiqi qaydası, qiymətləndirmə meyarları barədə maarifləndirmə işlərinin həyata keçirildiyi bildirilib.

Tədbirdə qeyri-formal məşğulluğun iqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurmaqla yanaşı, işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə nəticələndiyi vurğulanıb. Qeyd edilib ki, hər bir işəgötürən bunu nəzərə alaraq, işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməli və qeyri-formal məşğulluq hallarının qarşısının alınması kimi vacib prosesə öz töhfələrini verməlidirlər. 
Tarix
11 Oktyabr 2018 [14:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin