Ana səhifə
17 Fevral 2019

Kolbasa və sosiska istehsal edən bəzi müəssisələrin fəaliyyətində nöqsanlar aşkarlanıb

Azərbaycanda ət və ət məhsulları, o cümlədən kolbasa və sosiska istehsal edən bəzi müəssisələrin fəaliyyətində nöqsanlar aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. “Digər qida sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri kimi ət və ət məhsullarının satışı müəssisələrində də AQTA tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”indən çıxarış alınaraq yoxlamalar həyata keçirilir. Həyata keçirilən yoxlamalar zamanı bir sıra müəssisələrin havalandırma sistemi ilə təmin edilmədiyi, tavan, döşəmə və divarlar asan yuyulan gigiyenik materiallarla üzlənmədiyi, eyni zamanda ətin satışı, saxlanması və emalı üçün bazarda baytarlıq-sanitariya tələblərinə uyğun şəraitin olmadığı müəyyən edilib. Hazırda bu sahədə aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilir”, - AQTA-dan bildirilib.

Tarix
11 Oktyabr 2018 [13:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin